Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Kriminal / Qətl baş verən “Beerlin Pub”ın sahibinin kimliyi bilindi – FOTO

Qətl baş verən “Beerlin Pub”ın sahibinin kimliyi bilindi – FOTO

Bir neçə gün öncə qətl törədilən “Beerlin Pub”ın sahibinin kimliyi məlum olub.

Son günlər müzakirə obyektinə çevrilən məşhur “pub”ın sahibi iş adamı Ceyhun Həsənovdur.

Məlumatlara görə, hadisə baş verən “Beerlin Pub” Ramil adlı şəxsin adına sənədləşdirilib. Qətl hadisəsindən sonra həmin şəxsin də saxlanıldığı, bir neçə saat öncə sərbəst buraxıldığı bildirilir.

Onun atası vaxtilə polis sistemində çalışıb və vəfat edib. C.Həsənov hələ yeniyetmə yaşlarından pub-restoran sahəsində fəaliyyət göstərən şəxs olub. Onların ailələrinin böyük restoran şəbəkəsi var.

Belə ki, Ceyhunun qayınanası Nərgiz xanımın da ayrıca restoran şəbəkəsi olması haqda məlumatlar var. “My dom u Nargiz” restoranı da həmin şəbəkəyə daxildir. Onların sahib olduğu restoranlar Bakının ən məşhur və elit iaşə obyektlərindən biri olub. “2 Beer Baku”, “Yaşıl vadi” adlı məşhur obyektlər də C.Həsənova məxsusdur.

Ceyhun Həsənov həm də Bakıda “Cinema klublar kralı” kimi tanınır. Məlumatlara görə, Ceyhun Həsənov hərbi xidmətdən də yayınıb.

Ceyhun Həsənov sosial şəbəkələrdə də lüks avtomobillərinin fotosunu paylaşıb.

Qeyd edək ki, avqustun 29-da axşam saatlarında “Beerlin Pub” kafesində tanınmış məşqçi və həmin obyektin mühafizəçisi Orxan Şahbazov müştəri Vüqar Mustafayevi döyərək öldürüb. Vüqar Mustafayev Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib.

Kriminalqafqaz.az

Həmçinin oxuyun

Şəhid anasını oğlunun sağ olduğuna inandıran şəxslər saxlanılıb – VİDEO

Vətən müharibəsində iştirak edərək qəhrəmancasına həlak olmuş şəhidlərimizdən birinin qohumlarının Daxili İşlər Nazirliyinə etdikləri müraciətlə …