Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / “Qənaət bu qurumların ləğvindən başlamalıdır”

“Qənaət bu qurumların ləğvindən başlamalıdır”

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildiriblər ki, məcburi köçkünlərə nəzərdə tutulan güzəştlərin təhlili aparılıb.

Bu barədə iqtisadi Vüqar Bayramov bildirib.

Eksperti qeyd edib ki, 2016-cı ildə komitəyə büdcədən ayrılan 40 milyon manata qədər vəsaitə qənaət edilməsi üçün təkliflər hazırlanıb.

V.Bayramovun sözlərinə gör, ev-eşiyini itirmiş məcburi köçkünlərin aldığı istənilən yardımın nəinki ləğvi, hətta azaldılması belə heç bir halda bu gün müzakirə mövzusu olmamalıdır.

“Qənaət sosial yardımların ixtisarı kimi başa düşülməməlidir. Qənaət struktur islahatları hesabına büdcədən ayrılan vəsaitlərin optimallaşdırılması hədəflənməlidir. Komitə 40 milyon manat qənaət ilə bağlı təkliflər hazırlayıb. Halbuki, yalnız bir lazımsız və iqtisadiyyatın inkişafına maneə olan dövlət qurumun ləğv edilməsi ildə bundan ən azı 4 dəfə çox qənaətə imkan yarada bilər”.

İqtisadçı təklif edir ki, Azərbaycanda fəaliyyət göstərən 43 fərqli dövlət qurumlarının sayının ən azı 2 dəfə azaldılması mümkündür: “Regional inkişafa heç də xeyir gətirməyən rayonların birləşdirilməsi yolu ilə saylarının azaldılması da qənaətə imkan verə bilər. Bunlar həm dövlət vəsaitlərinə qənaət və həm də çevik idarəetmi sistemi əldə etmək imkanı demək olacaq. Əksər sektorlarda bir-birini təkrarlayan qurumlar var. Onların inzibati binası, xidməti avtomobilləri və digər heç də lazımlı olmayan xərcləri var. Qənaət məhz bu qurumların ləğvindən başlamalıdır”.

Qeyd edək ki, məcburi köçkünlərə ayrılan vəsaitin azaldılması ilə bağlı müxtəlif təkliflər səsləndirilirdi.

Prezident İlham Əliyev isə bu gün məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.

Ölkə başçısının sərəncamına əsasən məcburi köçkünlərin aylıq müavinətin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın