Şənbə , İyul 31 2021
Ana səhifə / Kriminal / Qəçrəşdə “Son zəng” şənliyi edənlər aşkarlandı – Foto

Qəçrəşdə “Son zəng” şənliyi edənlər aşkarlandı – Foto

Qubada  elan edilmiş xüsusi karantin qaydalarını pozaraq rayonun Qəçrəş kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, rejim qaydalarını kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin sahibi və məclisdə iştirak edən müəllim və valideynlər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.

Həmçinin polis əməkdaşları tərəfindən həmin karantin qaydalarının tələbləri izah olunub.

Həmçinin oxuyun

Xanhüseyn Kazımlının sürücüsü maşınına yaxınlaşan azyaşlı qızı döydü

Sabiq deputat, Sosial Rifah Partiyasının keçmiş sədri Xanhüseyn Kazımlının sürücüsü tərəfindən azyaşlı qıza qarşı zor …