Ana səhifə / Kriminal / Putinə məktub yazmış 14 yaşlı məktəbli qız intihar etdi

Putinə məktub yazmış 14 yaşlı məktəbli qız intihar etdi

Rusiyanın Smolensk vilayətində 14 yaşlı qız özünə qəsd edib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, məktəbli Rusiya prezidenti Vladimir Putinə ünvanladığı məktubunda anasının aldığı cüzi əməkhaqqından, həmçinin mütəmadi olaraq sinif yoldaşları tərəfindən ələ salınmasından, təhqirlərə məruz qalmasından şikayətlənib. Belə ki, görmə qabiliyyəti zəif olduğundan, daim sinif yoldaşları ona sataşıblar. Qızcığazın ölümündən əvvəl sosial şəbəkədə paylaşdığı sonuncu status belədir: “Niyə hamınız bu qədər qəddarsınız?”
İntihar edən məktəblinin anası xəstəxanada texniki işçi kimi çalışıb. Qızı ölkə başçısına məktub yazdıqdan sonra qadın xəstəxananın rəhbərliyi tərəfindən çağırılaraq övladına görə tənbeh edilib.
Bəzi məlumatlara görə, məktəblinin intihar öncəsi yazdığı daha bir məktub onun meyitinin yanından tapılıb. Məktubda 14 yaşlı qız ölümündə kimsənin günahlandırılmamasını xahiş edib.(virtualaz.org)

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …