Cümə axşamı , Fevral 29 2024
Ana səhifə / Kriminal / Prokurorluqdan “etiraf etdiyi qətldən” bəraət alan şəxslə bağlı açıqlama

Prokurorluqdan “etiraf etdiyi qətldən” bəraət alan şəxslə bağlı açıqlama

Xəbər verdiyimiz kimi, dekabrın 28-də Şəki Apellyasiya Məhkəməsi qətl törətməkdə təqsirli bilinərək 11 il cəza almış Polad İsmayılov barəsində bəraət hökmü çıxarıb.
Məsələ ilə bağlı Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, müvafiq hökm prokurorluğa daxil olduqdan sonra cinayət işi üzrə ittihamedici və bəraətverici sübutlar bir daha təhlil olunaraq qiymətləndirilməklə kassasiya protestinin verilib-verilməməsi barədə obyektiv qərarın qəbul edilməsi təmin ediləcək:
“Baş Prokurorluq tərəfindən kütləvi informasiya vasitələrinə həmin müddət ərzində bu kimi həssas məsələlərlə əlaqədar məlumatların yayılması zamanı diqqətli olmaq, habelə cinayət işi üzrə zərərçəkmiş tərəfin hüquqlarına hörmətlə yanaşılması tövsiyə olunur”.
Qeyd edək ki, “Azadlıq Radiosu” Polad İsmayılovun məhkəmədə dediklərindən sitat gətirərkən, onun özünü qurban hesab etdiyini bildirib.
Xatırladaq ki, Baku TV-nin qətllə bağlı istintaq prosesi gedərkən mövzu ilə bağlı hazırladığı reportajda P. İsmayılovun polis və prokurorun müşaiyəti ilə “qətli etiraf etməsi” əks olunub. Həmin reportajda göstərilir ki, o, indi bəraət aldığı qətl hadisəsini “necə törətdiyini” təsvir edir.

Həmçinin oxuyun

Kamil Zeynallıya görə jurnalist Məhəmmədəli Qəriblini evindən oğurladacağını deyən bu adamdır-Foto

Kamil Zeynallı açıqlama verib ki, onun adından məni hədələyən adamı tanımır. Sonra deyib ki, guya, …