Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Prokurorluq yataqxanadakı qətllə bağlı məlumat yaydı

Prokurorluq yataqxanadakı qətllə bağlı məlumat yaydı

İyulun 9-da saat 23 radələrində 1969-cu il təvəllüdlü İlqar Rzayevin Şirvan şəhəri ərazisində yaşadığı yataqxananın qarşısında bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Şirvan şəhər Prokurorluğundan Yenisabah.az-a verilən məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin mərhumun qonşusu, 1979-cu il təvəllüdlü Şamil Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şamil Əliyev qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Şamil Əliyev cinayətin aləti olan bıçağı istintaqa təqdim edib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti  etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …