Cümə axşamı , İyun 30 2022
Ana səhifə / Kriminal / Prokurorluq oğlunu öldürən şəxslə bağlı məlumat yaydı

Prokurorluq oğlunu öldürən şəxslə bağlı məlumat yaydı

İyunun 19-u saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin İbadovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin atası, 1967-ci il təvəllüdlü Etibar İbadovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı İlkin İbadova bıçaqla xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Etibar İbadov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Rüstəm Usubovun illər əvvəl MTN-də verdiyi sensasion İFADƏ

9 aydır ki, Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub-E.M) İstintaq …