Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Prokurorluq Goranboyda 11 yaşlı uşağın döyülərək öldürülməsi barədə məlumat yayıb

Prokurorluq Goranboyda 11 yaşlı uşağın döyülərək öldürülməsi barədə məlumat yayıb

Prokurorluq Goranboyda 11 yaşlı uşağın döyülərək öldürülməsi barədə məlumat yayıb.

Goranboy rayon prokurorluğundan verilən məlumata görə, azyaşlı – 2010-cu il təvəllüdlü Nurlan Məmmədovun (ad şərtidir) itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında Goranboy rayon Polis şöbəsində araşdırma aparılıb.

İstintaq-əməliyat tədbirləri ilə müəyyən edilib ki, Nurlan Məmmədov anasının tanışı İkram Hüseynov (ad şərtidir) tərəfindən avqustun 13-ü döyülüb, avqustun 15-də isə aldığı xəsarətlərdən ölüb.

Hazırda faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İkram Hüseynov şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam etdirilir.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …