Çərşənbə axşamı , İyun 15 2021
Ana səhifə / Kriminal / Prokurorluq Cəlilabadda qadının əri tərəfindən öldürülməsi faktı ilə bağlı məlumat yayıb

Prokurorluq Cəlilabadda qadının əri tərəfindən öldürülməsi faktı ilə bağlı məlumat yayıb

Mayın 28-də Cəlilabad rayon sakini Xanaliyeva Rəna Allahqulu qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Cəlillabad rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, istintaqla zərərçəkmişin keçmiş əri Bayramov Cavid Nəriman oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəna Xanaliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cavid Bayramov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

“Azərişıq”ın yarım milyon manatdan çox pulu mənimsənildi – Məhkəmə

Bakıda yarım milyondan çox pul mənimsəmədə təqsirləndirilən Pərviz Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa …