Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Kriminal / Prokurorluğun araşdırması prosesi hara aparır?

Prokurorluğun araşdırması prosesi hara aparır?

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işinin başlanılması Prezidentin keçmiş köməkçisi Əli Həsənovu yenidən diqqət mərkəzinə gətirib. 

Yenisabah.az xatırladır ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İsarəsinə Hesblama Palatası tərəfindən KİVDF-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı material daxil. Materiala əsasən, Fondun “Xərclər smetası”nın icrasına, KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqram, layihə və digər tədbirlərin maliyyələşdirilməsinə, habelə Fondun saxlanılması xərcləri üzrə inzibati binanın müvafiq satınalma keçirilmədən icarəyə götürülməsi və nəqliyyat vasitələrinin təmiri və yanacaqla təmin edilməsinə, KİV-lərə maliyyə yardımının və gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılmasına, tikinti norma və qaydalarına əməl edilməməsi nəticəsində iş həcmlərinin artırılması, obyektin ehtimal dəyərinin şişirdilməsi və işlərin görülməməsinə görə külli miqdarda artıq vəsait qanunsuz olaraq xərclənib.

Qeyd olunan qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb.

Bu barədə rəsmi məlumat yayılandan dərhal sonra sosial şəbəkələrdə müzakirələr başlayıb. Müzakirələrdə diqqət çəkən məqam Prezidentin keçmiş köməkçisi Əli Həsənovun da məsuliyyətə cəlb olunması barədə tələblərdir. Hesab edilir ki, baş verən qanunsuzluqlarda onun da rolu az deyil. Xüsusilə, jurnalistlər üçün tikilən binalarda mənzillərin ədalətsiz bölgüsü ilə bağlı ittihamlar birbaşa Əli Həsənova yönəldilir. İddialara görə, bölgünün bu sayaq aparılması bilavasitə Əli Həsənovun istəyi ilə olub. Keçmiş köməkçi hələ ki, ittihamları cavablandırmayıb. 

Bəzi ehtimallara görə, KİVDF ilə bağlı araşdırmalar nəticə etibarilə Əli Həsənov üçün ciddi başağrısına çevrilə bilər. Nəzərə almaq lazımdır ki, böyük bir jurnalist ordusu keçmiş köməkçidən narazıdır və hər gün onun barəsində neqativ materiallarla çıxış edirlər. Bu materiallar isə əsasən Əli Həsənovun yarıtmaz media siyasəti ilə bağlı faktlarla zəngin olur. 

Bundan başqa, bir qrup jurnalist mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Baş Prokurorluğa müraciət edib. Bu barədə yayılan məlumatlarda bildirirlir ki, müraciətdən sonra onlar Korrupsiyaya Qarşı Mübarizə İdraəsinə çağırılıb. Onlara KİVDF-dən yardım alan qəzetlərə pulun düzgün bölüşdürülməməsi, fondun keçirdiyi müsabiqədə əsasən eyni şəxslərə birinci yerlərin verilməsi, jurnalistlər üçün nəzərdə tutulan binalarda mənzillərin bölgüsündə hansı qanunsuzluqların olması barədə suallar verilib.  Korrupsiya idarəsinə çağırılan jurnalistlər Əli Həsənovun da barəsində cinayət işinin başlanılmasını istisna etməyiblər.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …