Ana səhifə / Kriminal / Prokuror “Yenidən həbs olunsun“ deyir

Prokuror “Yenidən həbs olunsun“ deyir

Bakı Apellyasiya Məhkəməsində rüşvət almada təqsirləndirilən Rafiq Əzizovun barəsində olan hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başlayıb.

Hakim Ramin Qaraqurbanlının sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti prosesi noyabrın 14-nə təyin edilib.

Rafiq Əzizov Azərbaycan Standartlaşdırma İnstitutunun Uyğunluğun Qiymətləndirilməsi Departamentinin sabiq direktor müavini vəzifəsində çalışıb.

O, işlədiyi dövrdə vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə rüşvət almasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətməsinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən olunduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə Rafiq Əzizova 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib və həmin cəza Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinə əsasən şərti hesab edilərək 2 il sınaq müddəti müəyyən edilib və o, azadlığa buraxılıb.

Daha sonra dövlət ittihamçısı hökmdən narazı qalaraq apellyasiya protesti verib. Pravda.az

Həmçinin oxuyun

Feyziyevdən sonra daha bir oliqarx ifşa edildi – London məhkəməsində iş açıldı

Londonda çirkli pulların yuyulması ilə bağlı irimiqyaslı beynəlxalq əməliyyatla əlaqədardaha bir azərbaycanlı milyonçunun məhkəməsi başlayıb.Britaniya …