Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Kriminal / Prokuror Vüqar Səfərliyə 11 il həbs cəzası istəyib

Prokuror Vüqar Səfərliyə 11 il həbs cəzası istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə verilən ittihamların məhkəmə baxışı zamanı təsdiqini tapdığını bildirib. Prokuror KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərlinin ittiham olunmuş maddələrlə təqsirli bilinməsini və 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror cinayət işi üzrə təqsirləndirilən Nadir Məmmədov, Bünyamin İsmayılov, Telman Tahirov, Ədalət Vəliyev, Namiq Hacıyevin hər birinin 7 il, Təmkin Xəlilov, Valeh Orucov, Şahin İbrahimov və Bəxtiyar Fətullayevin isə 2 il azadlıqdan məhrum edilməsini tələb edib.

Qeyd olunub ki, təqsirləndirilən şəxslər barəsində məhkəmə istintaqı zamanı seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri ləğv olunsun və məhkəmə zalında həbs edilsinlər.

Prokuror həmçinin cinayət işi üzrə təqsirləndirilən Təhminə Yaqubovaya 6 il şərti cəza verilməsini və cinayət işi ilə bağlı Medianın İnkişafı üzrə Dövlət Komitəsi tərəfindən qaldırılan mülki iddianın təmin olunmasını istəyib.

Məhkəmə prosesi dekabrın 14-də davam edəcək. virtualaz.org

Həmçinin oxuyun

İnstaqram və “Tik-tok”da lotereya adıyla xeyli şəxsi aldadan qadın saxlanıldı – Video

Polis əməkdaşları tərəfindən sosial şəbəkə istifadəçilərinə qarşı dələduzluq edən Qasımova Vüsalə Rizvan qızı saxlanılaraq məsuliyyətə …