Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Prokuror Nurəddin Xocaya şərti cəza istəyib – 5 il 6 ay

Prokuror Nurəddin Xocaya şərti cəza istəyib – 5 il 6 ay

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bozqurd” batalyonunun komandiri və “Teref.info” saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə davam etdirilib.

ONA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, N.Xocanın 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə barəsində 2 il sınaq müddətinə şərti cəza təyin olunmasını istəyib.

Proses martın 19-da davam etdiriləcək.

İttihama görə, N.Xoca vəzifə səlahiyyətlərini aşıb, vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə açıq çağırışlar edib. Ona qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməyib.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …