Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Prokuror Maqsud Mahmudova 14 il cəza istədi

Prokuror Maqsud Mahmudova 14 il cəza istədi

Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən bugünkü iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror Maqsud Mahmudovun verilmiş ittihamlarla təqsirli bilinərək 14 il azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş şəxslər məhkəmədə onlara dəymiş ziyanın ödənilməsini xahiş ediblər: “14, ya 20 il versinlər, bizə nə fərqi var? Bizim ödənişlər necə olacaq?”

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib.

Proses aprelin 27-də davam etdiriləcək.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama – təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb. APA

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …