Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Kriminal / Prokuror “Lotu Quli”nin adamına 13 il iş istədi

Prokuror “Lotu Quli”nin adamına 13 il iş istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə “Rafət Əlibayramski” kimi tanınan qanuni oğru Rafət Əmirovun qardaşı avtoritet Rüfət Əmirov və Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimova cəza istənilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək K. Əmirovun 14, R. Əmirov və R. Kərimovun hər birinin 13, E. Hüseynovun 12, İ. İbrahimovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses sentyabrın 19-da davam etdiriləcək.

Rəsmi açıqlamaya görə, Şirvan şəhər sakini Rüfət Əmirovun  üzərinə baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il bundan əvvəl Rusiyadan aldığını və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyini bildirib. Məlum olub ki, o, Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsi tərəfindən də axtarışdadır. Onunla cinayətdə iştirak etməkdə şübhəli bilinən Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimov saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 29.144-cü (adam oğurluğuna cəhd) maddəsi ilə ittiham verilib. Dəstə üzvləri həmçinin, narkotik, qanunsuz silah daşıma maddələri də ittiham edlilirlər.

“Rafət Əlibayramlinski” və qardaşı Rüfət Əmirov “Lotu Quli”nin (Nadir Səlifov) adamları kimi tanınır.

VIPedu.BIZ

Həmçinin oxuyun

Türkiyədə azərbaycanlı fəhlənin başına iş gəldi – FOTO (VİDEO)

Sivas bölgəsində 5 mərtəbəli binanın ikinci mərtəbəsində işləyən zaman azərbaycanlı fəhlə liftin şaxtasına düşüb. Unikal.org xəbər …