Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Kriminal / Prokuror Kəmalə Ağazadəyə 4 il iş istədi

Prokuror Kəmalə Ağazadəyə 4 il iş istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadəyə cəza istənilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək K.Ağazadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini və onun məhkəmə zalında həbs olunmasını istəyib.

İttihama görə, K.Ağazadə Azərbaycan Uşaqları Birliyinin sədri işləyərkən Səhiyyə Nazirliyi ilə birgə həyata keçirdiyi layihənin müddətinin uzadılacağını vəd edərək həmin layihə çərçivəsində əməkdaşlıq etdiyi Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqovadan ümumilikdə 7800 manat məbləğində pul alıb, özünün şəxsi ehtiyaclarına xərcləyib.

Həmin pulu isə nazirlikdəki vəzifəli şəxsə verəcəyini deyib. O, həbs edilməsə də, barəsində polisin nəzarətinə verilməklə başqa yerə getməmək qətimkan tədbiri seçilib.

K.Ağazadə özünü təqsirli bilmədiyini deyib.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …