Ana səhifə / Kriminal / Prokuror azadlıqda olan xanım generalın həbsini istədi (Yenilənib)

Prokuror azadlıqda olan xanım generalın həbsini istədi (Yenilənib)

Məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.

Prokuror sabiq general Sübahir Qurbanovun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

***

Prosesin davamında dövlət ittihamçısı həbsdə olan general Teymur Quliyevin 16 il, ev dustaqlığında olan general Natavan Mirvətovanın isə 12 müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

***

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam edir.

Cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrlik etdiyi kollegiyada Sabunçu rayon Məhkəməsinin inzibati binasında araşdırılır.

Musavat.com xəbər verir ki, bu gün dövlət ittihamçısının təqsirləndirilən şəxslərə cəza istəyəcəyi gözlənilir.

Məhkəmə prosesi davam edir.

İttihama görə, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Dəstə üzvləri sahibkarlara psixi və fiziki zorakılıq göstərməkdə, sərbəst buraxılmaları müqabilində həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə külli miqdarda pul tələb etmədə ittiham edilirlər.

Bildirək ki, bu “MTN işi” üzrə sonuncu məhkəmə işidir.

Həmçinin oxuyun

Bakı sakininə səkkiz bıçaq zərbəsi vuruldu

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, …