Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Kriminal / Prokuror Əli Abbasovun qohumuna 7 il istədi

Prokuror Əli Abbasovun qohumuna 7 il istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində güclü təsiri olan dərmanları qanunsuz satmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən şirkət rəhbəri Natiq QasımovXatirə İmaməliyeva və Aidə Cəfərovanın məhkəməsi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə şahidlər dindirilib.
N. Qasımovun qaynı, kafedə kababçı işləyən Natiq Mirzəyev deyib ki, şirkət onun adına açılıb: “Etibarnamə vermişdim, mən heç nəyə qarışmırdım. Natiq qazancdan mənə pul verirdi”.
Daha sonra məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısı çıxış edərək N. Qasımovun 7 il, qadınların isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Azadlıqda olan qadınların məhkəmə zalında qandallanmasını tələb edib.
Proses iyunun 22-də davam etdiriləcək.
Həbsdə olan N. Qasımov “Çinar Pharmaceuticals” MMC-nin faktiki rəhbəri olub. Qadınlar isə həmin şirkətə məxsus aptekdə satıcı işləyiblər.
 
Natiq Qasımov
Rəsmi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11a saylı ünvanda fəaliyyət göstərən aptekdə işləyən satıcıların 5 fevral 2018-ci il tarixdə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən “Contramal 150 SR (Tramadol HCl 150 mq)” adlı dərman preparatının həkim resepti olmadan 50 həbini 75 manata qanunsuz satmaları müəyyən edilib.
İstintaq zamanı qeyd edilən aptekdə Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə müvafiq məhkəmə qərarı əsasında axtarış həyata keçirilib. Axtarış zamanı narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsir edici maddələr olan – hər birində 10 həb olmaqla 200 konvalyutda “Contramal 150 SR”, dövlət qeydiyyatı olmayan 7 adda – 1 qutu “Benzilbenzoat”, 1 qutu “Chondrocsil GEL 100 ml”,  3 qutu “MGK Baralqin № 100”, 1,5 qutu “Silentex  N 30”,  1 qutu “İmunitex N 30”,  21 konvalyut “Mukaltin 50 mq № 10”, 22 konvalyut “Dimedrol 50 mq № 10”,  sertifikatı olmayan 13 adda – 5 qutu “Bonaksim 1 qr N 1”,  “Auqmentin suspenzia 70 ml № 1”,  1 qutu “Amitriptilin 25 mq № 50”, 2 qutu “Nirofen 200 mq  N 24”,  1 qutu “Uprofloksain 02 % 100 ml № 1″, 7 konvalyut  Difenin 117 mq № 10”,  1 qutu “Dilatrent 12,5 mq № 30”, 1 qutu “Triamzur Kompozitum 37,5 mq № 50”, 2 qutu “Korinfar 10 mq № 100”, 3 qutu  “Validol 50 mq № 40”, 1 qutu  “Preduktal MR 35 mq № 60”, 1 qutu  “Streptosit 5% 30 q Liniment” və 5 qutu “Nurofen S 3x 100 ml № 1” adlı dərman preparatları aşkar edilərək götürülüb.
Criminal.az saytının yaydığı məlumata görə, N. Qasımov sabiq rabitə naziri Əli Abbasovun qohumudur.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …