Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Professorun evindən oğurluq edən 4 uşaq anasına prokuror nə cəza istəyəcək?

Professorun evindən oğurluq edən 4 uşaq anasına prokuror nə cəza istəyəcək?

Oğurluqda təqsirləndirilən 4 uşaq anasının məhkəməsi davam edir. Hakim qarşısına çıxarılan qadın Bakı Dövlət Universitetinin (BDU) professorunun evindən oğurluqda ittiham edilir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Mehriban Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən sonumcu iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Növbəti prosesdə prokuror M.Quliyevaya cəza istəyəcək.

Qeyd edək ki, Mehriban Quliyeva Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinir. O, qulluqçu işlədiyi mənzildən oğurluq etməkdə şübhəli bilinir.

4 uşaq anası olan M.Quliyeva 5-ci uşağına da hamilədir. Övladlarının kiçiyinin 3, böyüyünün isə 9 yaşı var. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Ev dustaqlığında olan qadın ittihamda qeyd edilənlərlə razılaşmır.

İşlədiyi evdən oğurluq etdiyini etiraf edən M.Quliyeva məbləğin şişirdildiyini söyləyir. O, mənzil sahibinə dəymiş zərərin bir hissəsini ödəyib.

Bildirək ki, mənzilindən oğurluq edilən Aidə İbrahimova BDU-nun professorudur. İttihama görə onun mənzilindən 41 min manat oğurlanıb. M.Quliyeva 7 min manatı istintaq dövründə ödəyib.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …