Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Kriminal / Professorun evindən oğurluq edən qadın 5-ci dəfə ana oldu- məhkəmə hökm çıxardı

Professorun evindən oğurluq edən qadın 5-ci dəfə ana oldu- məhkəmə hökm çıxardı

Oğurluqda təqsirləndirilən 4 uşaq anasının məhkəməsi davam edir. Hakim qarşısına çıxarılan qadın Bakı Dövlət Universitetinin (BDU) professorunun evindən oğurluqda ittiham edilir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Mehriban Quliyevanın cinayət işi üzrə məhkəmə prosesinə hakim Faiq Qəniyev sədrlik edib.

Hakim elan edib ki, məhkəmə prosesinin bu günə qədər uzanmasının səbəbi M.Quliyevanın 5-ci dəfə ana olmasıdır. M.Quliyeva 2017-ci il dekanrın 30-da 5-ci övladını dünyaya gətirib. Həmçinin M.Quliyevanın hamiləlikdən əvvəl də xəstəlikdən müalicə aldığı məhkəmədə elan edilib.

Məhkəmə M.Quliyevaya son söz verib. O, əməlindən peşman olduğunu, bağışlanmasını istəyib.

“Oğurladığımı qaytarmışam. Əməlimdən də peşmanam. Xahiş edirəm ki, məni bağışlasınlar”- deyə M.Quliyrva son sözündə deyib.

Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib.

Hökmə əsasən qanunda edilmiş dəyişikliyə əsasən M.Quliyevaya Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin ikinsi hissəsi ilə cəza təyin edilib.

Məhkəmənin hökmü ilə M.Quliyeva 4 il azadlıqdan məhrum edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq edilməklə yeni doğulan övladı 14 yaşına çatana qədər hökmün icrası təxirə salınıb

Prokuror M.Quliyevanın 8 müddətinə azadlıqdan məhrum edilməsini və həbs edilməsini istəmişdi.
Zərərçəkmiş professor M.Quliyevaya daha ağır cəza istəyib.

Qeyd edək ki, Mehriban Quliyeva Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq) maddəsi ilə təqsirli bilinir. O, qulluqçu işlədiyi mənzildən oğurluq etməkdə şübhəli bilinib.

İstintaq dövründə 4 uşaq anası olan M.Quliyeva 5-ci uşağına da hamilə olub. Övladlarının kiçiyinin 3, böyüyünün isə 9 yaşı var. Məhkəmə dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

İşlədiyi evdən oğurluq etdiyini etiraf edən M.Quliyeva məbləğin şişirdildiyini söyləyirdi.

Bildirək ki, mənzilindən oğurluq edilən Aidə İbrahimova BDU-nun professorudur. İttihama görə onun mənzilindən 41 min manat oğurlanıb. M.Quliyeva 7 min manatı istintaq dövründə ödəyib. M.Quliyeva evdən 41 min yox, 7 min oğurladığını deyir.

Həmçinin oxuyun

“Şərurlu İsfəndiyar”la bağlı yeni xəbər

2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş, külli miqdarda mənimsəmədə təqsirləndirilən …