Cümə , Dekabr 4 2020
Ana səhifə / Kriminal / Professor oğlu olan universitet müəllimi külli miqdarda dələduzluqda ittiham olunur

Professor oğlu olan universitet müəllimi külli miqdarda dələduzluqda ittiham olunur

Azərbaycan Dövlət Aqrar Universitetinin müəlliminə dələduzluq etdiyinə görə cinayət işi başlanıb. 

Müəllim işləyən İbrahimov Əli Ziyatay oğlu və Hüseynov Rübail Arif oğlu 7 nəfərin etibarından sui-istifadə edərək onların 500 min manata kimi pullarını dələduzluq yolu ilə ələ keçiriblər. 

Belə ki, toxumçuluq işi ilə məşğul olan uşaqlıq dostlarına Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və hər ikisi təqsirləndirilən şəxs qismində həbs olunublar. 

İdtidai istintaq yekunlaşdıqdan sonra isə cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Dadaş İmanovun icraatına verilib. İlkin məhkəmə prosesində isə hər iki şəxsin həbs-qətimkan tədbiri ev dustağlığı ilə əvəz edilib. 

Qeyd edək ki, hadisənin necə baş verməsi ilə bağlı Əli İbrahimovla əlaqə saxladıq. O, cinayət əməli barədə danışarkən bildirdi ki, zərərçəkənlərdən təkcə Mirzəyev Arif Mirzə oğlundan 50 min manat alıb və onu da qaytarıb, qalan heç kimə qarşı dələduzluq etməyib. Digər şəxslərdən isə pulları məktəbdə bir yerdə oxuduğu Rübail alıb. 

Onu da bildirək ki, Əli İbrahimovun atası Ziyatay İbrahimov da  Azərbaycan Dövlət Aqrar Universitetində işləyir, “Ekologiya və Meşəçilik” kafedrasının professorudu. O da məsələyə öz münasibətini bildirdi: “Əli toxumçuluq biznesi ilə məşğul idi, ilkin olaraq Rübail ondan faizə 4 min manat aldı və hər həftə 250 manat faiz verirdi. Sonra onu şirnikləşdirdi, bütün toxumlarını satdırdı və 12 min manatı əlindən aldı. Oğlum təkcə Arifdən 50 min alıb, onu da evini satıb verib. Qalan şəxslərdən heç bir pul almayıb. Oğlumdan şikayətçi olan yoxdu”. 

Maraqlı məqam orasındadır ki, Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyi Əli İbrahimova cinayət işinin başlanmasını bilə-bilə onu müəllimlikdən uzaqlaşdırmayıb. Yenisabah.az

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …