Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Prodüser Təranə Səmədova azadlığa buraxıldı

Prodüser Təranə Səmədova azadlığa buraxıldı

Ali Məhkəmədə insan alverində təqsirləndirilərək həbs edilən prodüser Təranə Səmədova barəsində çıxarılan qərardan verilən kassasiya şikayətinə baxılıb.

Vəkil Janna Bağırovanın ONA-ya verdiyi məlumata görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, T.Səmədovanın cəzası azaldılıb və azadlığa buraxılıb.

Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub. Prodüser Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, onun şikayəti təmin edilməyib.

İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunub. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb. İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …