Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Prezident Mərkəzi Bank haqda qanunu dəyişdi – 500 milyon manat

Prezident Mərkəzi Bank haqda qanunu dəyişdi – 500 milyon manat

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanununa dəyişikliklər edib.

“Qafqazinfo” xəbər verir ki, dəyişikliyə görə, qanuna aşağıdakı məzmunda 5.0.6-1-ci maddə əlavə edilib.

“5.0.6-1. ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib edir, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin edir;”

Bundan başqa 10.2-ci maddədə “10” rəqəmləri “500” rəqəmləri ilə əvəz edilib.

Qeyd edək ki, 10.2-ci maddədə Mərkəzi Bankın Nizamnamə kapitalının 10 milyon manat olması göstərilirdi. Dəyişiklik nəticəsində nizamnamə kapitalı 500 milyon manata qədər artırılıb.

 

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın