Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Prezident İlham Əliyev: “İşsizlik 5 faiz səviyyəsinə düşüb” 

Prezident İlham Əliyev: “İşsizlik 5 faiz səviyyəsinə düşüb” 

Prezident İlham Əliyevə məxsus “Twitter” hesabından qısa mesajlar paylaşılıb.
Hazırda Davos İqtisadi Formunda olan İ.Əliyev Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən, iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirdiyini bildirib.
Ölkə başçısı “Azərbaycan iqtisadiyyatı son 10 ildə 300 faiz artmış, yoxsulluq və işsizlik 5 faiz səviyyəsinə düşmüşdür” – deyə qeyd edib.
Prezident hazırkı dövrdə Azərbaycanda iqtisadi islahatların davam etdirilməsinə, biznes mühitinin daha da yaxşılaşdırılmasına mühüm əhəmiyyət verildiyini vurğulayıb.
İ.Əliyev vurğulayıb ki, qeyri-neft sektoru Azərbaycanın iqtisadi inkişafının əsas hərəkətverici sahəsidir: “ÜDM istehsalında qeyri-neft sektorunun payı 70 faiz təşkil edir”.
Ölkə başçısı Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifənin makroiqtisadi sabitliyi təmin etmək, qeyri-neft sektorunun sürətli inkişafına nail olmaqdan ibarət olduğunu bildirib: “Azərbaycanın irəli sürdüyü təşəbbüs və layihələr regionumuzun hüdudlarını aşaraq, ölkələri və qitələri birləşdirir”. Musavat.com

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın