Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Prezidentə təqdim olunan milyardlıq layihə

Prezidentə təqdim olunan milyardlıq layihə

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ətrafında azad iqtisadi zonanın yaradılması ilə bağlı təklif irəli sürülüb. Ehtimal edilir ki, təklifin həyata keçirilməsi ölkədə iqtisadi canlanma yarada və qeyri-neft sektorunun inkişafına təkan verə bilər.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bildirib ki, Azərbaycan Ələtdə yeni azad iqtisadi zonanın yaradılmasına 1 milyard ABŞ dolları cəlb edə bilər.
Onun sözlərinə görə, yeni azad iqtisadi zonanın qəsəbədə inşa olunan Bakı limanı ətrafında tikilməsi nəzərdə tutulur.
T.Ziyadov layihənin ilkin konseptual planının hazırlandığını və layihənin prezident İlham Əliyevə təqdim olunduğunu deyib.
Baş direktor qeyd edib ki, layihə ilə bağlı dövlət başçısının rəyi gözlənilir: “Hesab edirik ki, orada Honkonq kimi böyük iqtisadi canlanma üçün azad iqtisadi zona yaradıla və bu, qeyri-neft sektoruna təkan verə bilər. Bu, regionda yükaşırma, paketləmə, saxlama üçün iqtisadi cəhətdən çox lazımlı zona olacaq. Bilavasitə limandan istifadə oluna biləcək”.

İnvestisiyanın cəlbolunma mənbəsinə gəlincə, Limanın baş direktoru əlavə edib ki, sərmayə dünya praktikasına görə infrastruktura dövlət tərəfindən, qalan hissəsi isə biznes dairələr tərəfindən yatırılır: “İnanırıq ki, ilk illərdə investisiyaların həcmi 1 milyard dollar çata bilər”.
Ekspertlər hesab edirlər ki, milyardlıq layihə reallaşarsa, Bakı regionda yükdaşıma, paketləmə, saxlama işlərini həyata keçirmək üçün mühüm rol oynayacaq.
İqtisadçı Nicat Hacızadə AzVision.az-a açıqlamasında milyardlıq layihənin reallaşmasının mümkün olduğunu bildirib.

Ekspert hesab edir ki, layihənin xarici investorlar hesabına baş tutması mühüm əhəmiyyət kəsb edir: “Hazırki durumda dövlətin investisiya proqramlarının müəyyən qədər ixtisarı vacibdir. Bu baxımdan xarici investisiyalar hesabına azad iqtisadi zona formalaşdırıla bilər. Bu, ölkəmiz üçün mühüm layihədir. Nəzərə alsaq ki, Bakı Dəniz Ticarət limanı Xəzərətrafı ölkələr arasında ən unikal liman sayılır və ölkənin iqtisadi fəaliyyətinin artımına səbəb olacaq. Bu zona tranzit ərazi kimi ölkəyə kifayət qədər gəlirlər gətirəcək. Bundan əlavə layihə baş tutarsa, Azərbaycanda qeyri-neft sektoru üzrə gəlirlərin artmasına səbəb olacaq. Bununla da dövlət büdcəsi bir qədər artacaq”,-deyə N.Hacızadə bilirib.
Mütəxəssislər hesab edirlər ki, layihə baş tutarsa, ölkəmiz milyonlarla dollar həcmində qazanc əldə edə bilər.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın