Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Kriminal / “Prado”nun sürücüsü özünü çətinə saldı – Video

“Prado”nun sürücüsü özünü çətinə saldı – Video

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan daha bir avtomobil kameralara düşüb.

“Qafqazinfo”nun News24.az-a istinadən məlumatına görə, Heydər Əliyev prospektində – “ASK Arena” stadionunun qarşısında “Toyota Prado” markalı, 99 AG 835 nömrə nişanlı avtomobilin sürücüsü qadağan edilmiş yerdə zolağı dəyişmək istəyib. 

Bu məqsədlə o ayırıcı zolağın üstünə çıxıb. Lakin ayırıcı sədd hündür olduğundan maşının təkərləri yerdən üzülüb və sürtünmə azaldığından avtomobilin sürücüsü çıxılmaz vəziyyətdə qalıb. Hərəkəti davam etdirə bilməyən sürücü digər hərəkət iştirakçılarından kömək istəyib.

Hadisənin videosunu təqdim edirik:

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …