Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / PR mütəxəssisləri yeni İctimai Birlik təsis ediblər

PR mütəxəssisləri yeni İctimai Birlik təsis ediblər

İlham Məmmədov: “Yeni təsis edilən Assosiasiya Azərbaycanın PR sahəsinin inkişafına öz töhfəsini verəcək”

Dünən “Excelsior Hotel Baku” otelində tanınmış şirkətlərin PR mütəxəssislərinin növbəti toplantısı keçirilib. Görüşdə mütəxəssislər “Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası” İctimai Birliyini təsis ediblər. Görüşdə “AtaHolding”, “Veysəloğlu”, “Excelsior Hotel Baku”, “Paşa Həyat Sığorta”, “Bakcell”, “AtaBank”, “Caspian Development Bank”, “Hed Akademi” şirkətlərinin PR menecerləri və “Alibayov Kommunikasiya & Konsaltinq” şirkətinin rəhbəri iştirak ediblər. Tədbirdə Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyasının (Azerbaijan Public Relations Association – APRA) təsis edilməsi ilə bağlı məsələlər və gələcəkdə assosiasiyanın qarşısında duran vəzifələr müzakirə olunub.

“Veysəloğlu” Holdinqin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, eyni zamanda APRA-nın sədri İlham Məmmədov bildirib ki, yeni təsis edilən Assosiasiya Azərbaycanın PR sahəsinin inkişafına öz töhfəsini verəcək. Assosiasiyanın beynəlxalq PR assosiasiyalarına da üzv olacağını deyən İ.Məmmədov həmçinin bildirib ki, təşkilatın yaradılmasında əsas məqsəd ölkədə İctimaiyyətlə Əlaqələr sahəsində tədrisin mükəmməlləşdirilməsi, kadr potensialının artması üçün şəraitin yaradılması və bu sahəsnin hərtərəfli, keyfiyyət və kəmiyyət baxımdan inkişafına nail olmaqdır.

«AtaHolding” Korporativ Kommunikasiyalar Şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, PR-menecerləri, PR-agentliyi və biznesin PR-strukturunu peşəkar səviyyədə birləşdirə və fəaliyyətinin koordinatoru ola biləcək Assosiasiyanın yaradılması zərurəti çoxdan yetişmişdi: “Biz assosiasiyanın qarşıdakı fəaliyyətində uzun müddət ictimai əlaqələr sahəsində topladığımız bilik və təcrübəmizdən istifadə etməyi qərara aldıq”.

Toplantıda nəzərdə tutulub ki, Assosiasiya PR tətbiqi sahəsində yüksək peşəkar və etik standartlara riayət edilməsinə kömək edəcək. İctimaiyyətlə əlaqələr üzrə keyfiyyətli yerli mütəxəssislərin artması üçün şərait yaradacaqdır. Assosiasiya üzvlərinin tədrisi məqsədilə onlar üçün müxtəlif kurslar, treninqlər, seminarlar, konfranslar təşkil ediləcək. Bundan başqa, müvafiq hökumət və qeyri-hökumət təşkilatları, dövri nəşrlər və elektron kütləvi informasiya vasitələri ilə münasibətlər qurulacaq, onlarla əməkdaşlıq və müştərək layihələrin həyata keçirilməsi baş tutacaq. Ən nəhayət, Azərbaycan İctimai Əlaqələr Assosiasiyasının yaradılması və fəaliyyəti müasir cəmiyyətin mühüm və ayrılmaz hissəsinə – ölkəmizdə ictimaiyyətlə əlaqələrə xidmət edəcək.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın