Bazar , Yanvar 24 2021
Ana səhifə / Kriminal / Porno videolara görə tutulmuş şəxs qadını bıçaqladı

Porno videolara görə tutulmuş şəxs qadını bıçaqladı

Nəsimi Rayon Polis İdarəsinin 19-cu bölməsinin əməkdaşlarının keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində paytaxtda qadına ağır xəsarət yetirən şəxs saxlanılıb.

“ \Oxu.Az-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

Cinayət avqustun 28-də, saat 14:10 radələrində, Mir Cəlal küçəsində, 56 nömrəli binanın qarşısında törədilib. Belə ki, 1980-cı il təvəllüdlü M. G.-a qarın nahiyəsindən deşici bıçaq xəsarəti yetirilib. Zərərçəkən şəxs Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Fakt üzrə Lənkəran rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Cavanşir Quli oğlu saxlanılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, o, RF Cinayət məcəlləsinin 242-ci maddəsinə (Pornoqrafik materialların qanunsuz istehsal və dövriyyəsi, onların yayılması) müvafiq olaraq məhkum edilib. Hazırda cinayətin motivləri araşdırılır. Sağlamlığa ağır xəsarət yetirilməsi faktı üzrə AR Cinayət Məcəlləsinin 126-cı maddəsinə müvafiq olaraq cinayət işi açılıb. 

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …