Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Polşada insanları işədüzəltmə adı ilə aldadan Azərbaycan və Ukrayna vətəndaşları həbs edilib

Polşada insanları işədüzəltmə adı ilə aldadan Azərbaycan və Ukrayna vətəndaşları həbs edilib

Polşanın Sərhəd xidməti insanları işə düzəltmək adı altında aldadaraq onların  pullaırnı əlindən alan və mütəşəkkil cinayətkar qrup şəklində fəaliyyət göstərən Azərbaycan və Ukrayna vətəndaşlarını yaxalayıb.

Bu barədə Ukraynanın “112.ua” saytı Polşanın “Radio Dla Ciebie” kanalına istinadən məlumat yayıb.

Verilən informasiyalarda onların ən az 500 şəxsi qeyri-leqal yollarla Polşaya gətirərək işləmələrini təşkil etdikləri qeyd olunub.

Həmin cinayətkar qrupa daxil olan bir Azərbaycan vətəndaşı, iki Ukrayna vətəndaşı sayılan azərbaycanlı və onlardan birinin xanımı olan Polşa vətəndaşı həbs edilib.

Qruun saxta firmalar adı altında Azərbaycan, Gürcüstan, Ukrayna, Özəkistan, Türkiyə, Pakistan, Qazaxıstan, İraq və İrandan gələn 537 əcnəbi vətəndaşı Polşa ərazisinə gətirdiyi bildirilir. 

Mütəşəkkil dəstənin istifadə etdiyi cinayətkar sxem onlara həmn şəxslərin yaşayış və iş hüququ üçün verdikləri pulun bir qismini mənimsəməyə kömək edib.

Polşa Sərhəd xidmətinin Nadvislan məntəqəsinin məlumatına əsasən, qrupun fəaliyyəti sayəsində bir çox xarici pasporta sahib insanlar Polşada və Avropa Birliyinin digər ölkələrində qanunsuz səyahət etmək imkanı qazanıb. Musavat.com

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …