Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Polkovnik “Memati” ilə qara maskalıların evə basqını: müstəntiqin mənzilində ceyran və keçi fiqurları, şir başı…

Polkovnik “Memati” ilə qara maskalıların evə basqını: müstəntiqin mənzilində ceyran və keçi fiqurları, şir başı…

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, həmin idarənin əməkdaşları Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun işi üzrə Bakı Hərbi Məhkəməsində proses davam edir. Bu məhkəmə prosesi qapalı keçirilir. virtualaz.org-un xəbərinə görə, keçmiş MTN-çilərin cinayət işi üzrə 32 nəfər zərərçəkmiş qismində tanınıb.Zərərçəkmişlərdən biri – Zaur Əliyev (uzun müddət prokurorluq orqanlarında çalışıb, hazırda təqaüddədir – criminal.az) istintaqa verdiyi ifadəsində deyib ki, 2010-cu ilin martında insult keçirdiyinə görə xəstəxanaya yerləşdirilmişdi. 15 gün Neftçilər Xəstəxanasında stasionar müalicə alıb. Xəstəxanadan evə buraxıldıqdan sonra tanışı Arif Salahov ona zəng vurub, Sverdlovskdə yaşayan Elman adlı şəxsin əntiq əşyalar almaq istədiyini deyib. “Sante Max” MMC-nin sahibi Əhməd Mirzəyevdə belə əşyalar olduğunu, həmin əşyalara baxmaq istədiklərini bildirib. 

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …