Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Polkovnik Elnur Məmmədov azadlığa buraxıldı

Polkovnik Elnur Məmmədov azadlığa buraxıldı

Həbs edilən ehtiyatda olan polkovnik Elnur Məmmədov azadlığa buraxılıb.

Bakupost xəbər verir ki, o, 6 aylıq həbs müddətinin bitməsindən sonra azadlığa çıxıb.

Elnur Məmmədov ötən ilin oktyabrında Cinayət Məcəlləsinin 147.2 (böhtan) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətində azadlıqdan məhrum edilmişdi.

O, sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilovu tənqid edərək, bir sıra iddialar irəli sürmüşdü.

Müdafiə Nazirliyi isə Elnur Məmmədovun nazirliklə bağlı iddialarının doğru olmadığını bildirmişdi.

Sonradan Müdafiə Nazirliyinin Hüquq departamentinin rəisi Elçin Əliyev ehtiyatda olan polkovnik Elnur Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayət verib.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …