Ana səhifə / Kriminal / “Polisləri Müşfiqin adamları bildik…” – Silahlı insidentin təfərrüatı

“Polisləri Müşfiqin adamları bildik…” – Silahlı insidentin təfərrüatı

Dünən mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətov və əməliyyat üzrə rəis müavini, polis zabiti Orxan Axundzadənin yaralanması ilə nəticələnən insidentin təfərrüatı məlum olub.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, insidentə səbəb söyüş olub. Belə ki, iki-üç gün əvvəl cinayətdə adı hallanan  şəxslər Müşfiq Mədətovla bir məclisdə olublar. Həmin məclisdə onlarla Mədətov arasında münaqişə baş verib. Daha sonra tərəflər görüşmək qərarına gəliblər. Görüş zamanı qarşı tərəf bıçağın tiyəsi ilə Müşfiqin başına 3-4 dəfə zərbə vurub.

Rəis müavininə atəş açanlar – Kazım Abbasov, Məhəmməd İsmayılov və Emin Həsənov ifadələrində bildiriblər ki, polisləri Müşfiqin adamları zənn ediblər:

“Əgər polis olduqlarını bilsəydik atəş açmazdıq. O zaman ancaq xuliqanlıq maddəsi ilə dindiriləcəkdik, uzağı 1000 manatla buraxıla bilərdik”.

Əldə etdiyimiz digər məlumata görə, saxlanılanlar iş adamı Hafkanın mühafizəçiləri olublar, lakin hazırda onunla çalışmırlar.

Qeyd edək ki, Orxan Axundzadəni güllələyən şəxslərin olduğu  90-LT-997 dövlət nömrə nişanlı “Lexus” markalı maşın Hafiz Məmmədovun ortağı Azad Abdullayevin oğlu Rüfətə məxsusdur. Maşını etibarnamə ilə idarə edən Emin Həsənov isə “Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşıdır.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …