Ana səhifə / Kriminal / Polislə sürücü arasında insident – “Protokol yazsan, maşını yandıracam”

Polislə sürücü arasında insident – “Protokol yazsan, maşını yandıracam”

Bakının mərkəzində yol-hərəkət qaydalarını pozan sürücü ilə polis arasında insident baş verib. 

“ Azinforum.az ” Lent.az-a istinadən xəbər verir ki, Hüseynov Afiq Eldar oğlu adlı sürücü “Mercedes” markalı  02 BL 348 dövlət qeydiyyat nişanlı avtomobillə Ü.Hacıbəyov küçəsi 44-ünvanın qarşısında dayanma qaydasını pozub. Bu səbədən yol polisi inspektoru ona cərimə protokolu yazıb.

Cərimələndiyini görən sürücü səs-küy salaraq protokolun yazılması qarşılığında avtomobilini yandıracağı ilə hədələyib.

Əraziyə post-patrul xidməti əməkdaşları gələndən sonra sürücü sakitləşdirilib və o, fikrindən vaz keçib.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …