Cümə , Sentyabr 18 2020
Ana səhifə / Kriminal / Polisləri öldürüb 25 il gizlənən azərbaycanlı Rusiyada tutuldu

Polisləri öldürüb 25 il gizlənən azərbaycanlı Rusiyada tutuldu

Rusiya paytaxtında iki milis işçisini öldürən azərbaycanlı 25 ildən sonra ələ keçib. Bütün bu müddət ərzində o, Azərbaycanda olub.

Bu barədə “Baza” “Telegram” kanalı xəbər yayıb.

1995-ci ildə Moskvada içərisində iki milis işçisinin meyiti olan “VAZ 2105” markalı avtomobil tapılıb. Kiçik serjant Aleksandr Kozırev və sıravi Qriqori Aleksandrov başlarından açılan atəşlə öldürülmüşdü. Onların silahı, sənədləri və şəxsi əşyaları üzərlərində olub.

Bir aydan sonra müstəntiqlər şübhəli Oleq Babayevin izinə çıxıblar. Həmin vaxt onun 24 yaşı olub.

Şübhəli axtarışa verilsə də, onu tapmaq mümkün olmayıb.

Bu yaxınlarda isə onun izinə düşmək olub. Məlum olub ki, o, bütün bu müddət ərzində Azərbaycanda gizlənib. Üstəlik, 2002-2015-ci illərdə o, qarətə görə həbsxanada yatıb.

Azadlığa çıxdıqdan sonra o, adını dəyişərək, Pavel Ulovskiyə çevrilib və yenidən Rusiyaya qayıdıb. Lakin şəxsiyyət vəsiqəsini dəyişmək ona kömək etməyib: qayıtdıqdan sonra onun kimliyi aşkarlanıb və həbs olunub.   /Oxu.az

Həmçinin oxuyun

Liftdə ölüm hadisəsi – İş məhkəməyə göndərildi

Mayın 19-da Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “ŞA İnşaatçı” MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış …