Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Kriminal / Polislər reyd zamanı qəzaya düşdü, ölən var – Yenilənib

Polislər reyd zamanı qəzaya düşdü, ölən var – Yenilənib

Oğuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun  məlumatına görə, hadisə səhər saatlarında Oğuz-Şəki avtomobil yolunun Oğuz rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Filfilli kənd sakini, 1995-ci il təvəllüdlü Şamxal Sərdar oğlu Seyidəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə, maşını yol kənarındakı ağaca çırpıb.

Qəza nəticəsində 26 yaşlı sürücü Şamxal Seyidəliyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, rayonun Yemişənli kənd sakini, 1998-ci il təvəllüdlü  İbrahim Nizami oğlu Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Əldə etdiyimiz məlumata görə, qəzaya düşən şəxslər polis əməkdaşları olub. Oğuz rayon Polis Şöbəsinin Post Patrul Alayı Xidmətinin əməkdaşları olan Şamxal Seyidəliyev və İbrahim Səfərov həmin zaman xidmətdə olublar.

Gecə saatlarında xidməti fəaliyyətə başlayan polislər ərazi üzrə reyddə olarkən naməlum səbəbdən sürücü Ş.Seyidəliyev qəfildən idarəetməni itirib və ağaca çırpılıb. Hadisə səhər saat 04-05 radələrində baş verib. Qəzaya düşən maşın Ş.Seyidəliyevə məxsus mülki avtomobil olub.

Həmçinin oxuyun

“Əli Həsənovun oğluna 600 min, baldızına 580 min verdim…”

Jurnalistlər üçün bina tikintisinə ayrılmış vəsaitdən Prezidentin keçmiş köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli və …