Çərşənbə , Noyabr 29 2023
Ana səhifə / Kriminal / Polisi döyən deputatla bağlı cinayət işi BAŞLANDI

Polisi döyən deputatla bağlı cinayət işi BAŞLANDI

İyul ayının 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Baş Prokurorluqdan Azinforum.-az verilən məlumata görə, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Baş Prokurorluq kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmamasını xahiş edir:

“İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Həmçinin oxuyun

Rüşvət alan xəstəxana direktoru yenidən məhkəmə qarşısında

“Ağcabədi rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin sabiq direktoru Fövzi Tahirovun barəsindəki hökmdən kassasiya şikayəti …