Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Kriminal / Polis Şirvanda itkin düşən bacı-qardaşı Bərdədə tapdı

Polis Şirvanda itkin düşən bacı-qardaşı Bərdədə tapdı

Cari il avqustun 28-də Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbə sakinləri 24 yaşlı Ayşən Məmmədova və 6 yaşlı Davud Məmmədov evdən gedərək bir daha geri qayıtmayıblar.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan virtualaz.org saytının yerli bürosuna verilən məlumata görə, bundan narahat olan ailəsi onların tapılması üçün Şirvan ŞPŞ-yə müraciət edib.

Şirvan ŞPŞ-nin Cinayət-axtarış bölməsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən bacı və qardaş dünən Bərdə rayon ərazisində tapılaraq ailə üzvlərinə təhvil verilib.

Həmçinin oxuyun

Peqova qarşı cinayət işi – təhvil verilməsə, özümüz…

Respublika Prokurorluğu Rusiya vətəndaşları olan “WarGonzo” layihəsinin müəllifi Semyon Vladimiroviç Peqov və Yaxın Şərq və …