Bazar , Oktyabr 25 2020
Ana səhifə / Kriminal / Polis seksual manyakın axtarışlarına başladı – DİN göstəriş verdi (VİDEO)

Polis seksual manyakın axtarışlarına başladı – DİN göstəriş verdi (VİDEO)

Polis Bakıda avtobusda peyda olan seksual manyakın axtarışlarına başlayıb.
Unikal.org-da xəbər yayımlandıqdan sonra Daxili İşlər Nazirliyindən ərazi üzrə Nizami RPİ-nə müvafiq tədbirlərin görülməsi üçün göstəriş verilib. Bundan sonra xoşagəlməz hadisə ilə qarşılaşan xanım Nizami Rayon 24-cü polis bölməsinə dəvət olunub. Bölmədən bildirilib ki, xanımın izahatı alındıqdan sonra ictimai nəqliyyatda seksual xarakterli xoşagəlməz hərəkətlər edən şəxsin axtarışlarına başlanılacaq.
Qeyd edək ki, Unikal.org-a müraciət edən Xatirə xanım (adı şərtidir) 21 noyabrda Bakıda avtobusda başına gələnləri danışıb. O, iddia edib ki, paytaxtın Neftçilər metrosu stansiyası yaxınlığından Bakıxanov qəsəbəsinə getmək üçün 76 saylı marşurut xətti ilə hərəkət edən avtobusa minib. Bir qədər sonra 45-50 yaşlarına bir əks cinsin nümayəndəsi əyləşib. Hadisə isə bundan sonra baş verib. Belə ki, həmin şəxs qadının yanında şalvarının qabağını açaraq cinsi orqanını çıxarıb və nəlayiq hərəkətlər etməyə başlayıb. Bunu görən xanım hadisəni çəkdikdən sonra yerini dəyişib. Daha sonra isə həmin seksual manyak başqa iki qadının yanında da eyni murdar əməlini davam etdirib”.
Famil Fərhadoğlu

 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …