Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Polis “iPhone” tətbiqi ilə cinayətin üstünü açdı – Fotolar

Polis “iPhone” tətbiqi ilə cinayətin üstünü açdı – Fotolar

“Health” tətbiqi bütün müasir iOS versiyalarında mövcuddur.

“ Azinforum.az ”  Technote-yə istinadən xəbər verir ki, bu tətbiq fon rejimində çalışır və istifadəçinin fiziki məlumatlarını yığır.

Məsələn o, istifadəçinin addımlarını sayır və onun aktivliyinin növünü təyin etməyə çalışır. Lakin alman polisləri bu tətbiqdən heç də istiqaməti üzrə işlətməyiblər. Belə ki, detektivlər tətbiqin məlumatlarından istifadə edərək qətl ilə bağlı cinayət işi üzrə vacib sübutlar əldə ediblər. Söhbət, zorlanmış və qətlə yetirilmiş 19 yaşlı tələbə Mariya Ladenburgerin cinayət işindən gedir.

Cinayətdə təqsirləndirilən Hüseyn adlı şəxin üzərində bloklanmış “iPhone” cihazı aşkar edilib. Hüseyn isə smartfonu blokdan çıxarmaq tələbini rədd edib. Lakin polislər smartfonu blokdan çıxarda bilən özəl şirkətə müraciət ediblər və telefonu blokdan çıxarıblar.

Polislər smartfondakı “Health” tətbiqinə fikir verməmişdən öncə cihazda qeyri-adi bir şey aşkar etməyiblər. Lakin proqram nəzərdən keçirildikdən sonra cinayətlə bağlı sübutlar əldə edilib. Belə ki, cinayətin törədilyi gün tətbiq fiziki aktivliyi təyin edib. Bu aktivlik düşüb qalxma aktivliyi kimi təyin olunub.

Polislər güman ediblər ki, bu aktivlik Hüseynin Mariyanın cəsədini çaya tərəf apararaq ondan qurtulmağı və sonradan çayın olduğu yerdən yuxarı çıxması ilə əlaqəlidir. Müstəntiq bu versiyanın yoxlanılmasına qərar verib. Beləliklə, cəsəddən qurtulmaq və daha sonra geri qayıtmaq hadisəsi imitasiya olunub. Təcrübədə həmin telefon modeli və həmin tətbiqdən istifadə olunub. Nəticədə hər iki halda tətbiqlərdəki məlumatlar eyni olub. Smartfon Hüseynin Mariyanı qətlə yetirilməsi barəsindəki cinayət işinə aidiyyatının olduğunu tam olaraq təsdiqləyib.

Polislər həmçinin bildiriblər ki, bu heç də yeganə sübut deyil. İlk öncə cinayətkarın şəxsiyyəti hadisə yerindən tapılmış saç nümunələri ilə təyin edilmişdi. Tətbiq isə Hüseynin gizlətməyə çalışdığı təfərrüatları ortaya çıxarıb.

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq …