Şənbə , Avqust 13 2022
Ana səhifə / Kriminal / Polis azərbaycanlı “prokuror” qadına görə “qızıl diş” əməliyyatı keçirdi – VİDEO

Polis azərbaycanlı “prokuror” qadına görə “qızıl diş” əməliyyatı keçirdi – VİDEO

Türkiyədə özünü prokuror kimi təqdim edən azərbaycanlı qadın 70 yaşlı qadının qızıl və pullarını mənimsəyib. 
Hadisə Türkiyənin Dənizli şəhərində baş verib. 

Belə ki, 22 yaşlı Azərbaycan əsilli Ləman Nuriyeva özünü prokuror kimi təqdim edərək 70 yaşlı Perihan Ç-nin 30 min lirə pulunu və qızıl əşyalarını mənimsəyib. 
 Ləman Nuriyeva 70 yaşlı qadına zəng edərək ona məxsus qızıl və pulların FETÖ/PDY terror təşkilatına aid olduğunu bildirib. Bunun üçün evinə gələcək “prokuror” xanıma sözügedən pul və qızılların şəkilini çəkmək üçün ona təqdim etməyi deyib. 
Bundan sonra L.Nuriyeva 70 yaşlı qadının evinə gedərək ona məxsus pul və qızıl zinyət əşyalarını götürüb. 
Üzərindən bir neçə gün keçdikdən sonra pul və qızıllarının geri qaytarılmadığını görən Perihan Ç bu barədə polisə məlumat verir.
Ləman Nuriyevanın dediyi vaxtda gəlmədiyini görən Perihan Ç. polis çağırıb məlumat almaq istəyəndə aldadıldığını anlayıb. 70 yaşlı qadın polisə “prokuror” qadının bir qızıl dişinin olduğunu deyib.
Polis kod adı “qızıl diş” əməliyyatı keçirib. Polis əvvəlcə şəhər mərkəzindəki valyutadəyişmə məntəqəsində ön dişlərindən biri qızılla örtülmüş Leman N.-nin izinə düşüb. 
Adım-adım təqib edilen saxta prokuror, 10 saat ərzində yaşlı qadından aldığı qızıl və pulları bir kazinoda dostları ilə birlikdə xərcləyən və onlarla əylənərkən saxlanılıb. 
Leman N. səhhəti yoxlanıldıqdan sonra həbs tələbi ilə məhkəməyə göndərilib. Məhkəmə polis nəzarəti şərti ilə onu sərbəst buraxılması barədə qərar qəbul edib. 
Amma prokuror sübut və məlumatlara əsaslanaraq Leman N.-nin azadlığa buraxılmasına etiraz edib. Yuxarı instansiya məhkəməsi prokurorun etirazını əsaslı hesab edərək, şübhəlinin həbsə alınmasına qərar verib.




xhttps://www.youtube.com/embed/Ycs0W31vz4A

Həmçinin oxuyun

“Quska“ Prezidentə xahişlə müraciət etdi

Həbsdə olan sabiq deputat, iş adamı Hüseyn Abdullayev (Quska) prezident İlham Əliyevə onun “əsassız cinayət …