Çərşənbə , İyun 19 2019
Ana səhifə / Kriminal / Polisə 30 min rüşvət təklif etdi – Həbs olundu

Polisə 30 min rüşvət təklif etdi – Həbs olundu

Rusiyanın Perm diyarının Berezniki şəhərində 29 yaşlı Azərbaycan vətəndaşı rüşvət təklifinə görə həbs edilib.

“Qafqazinfo”nun “properm.ru” saytına istinadən xəbərinə görə, o, 2018-ci ilin noyabrında Rusiya ərazisində yaşamaq hüququnu göstərən sənəd olmadığına görə saxlanılıb. O, polis şöbəsinə aparılarkən yolda Perm diyarının Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarına onu sərbəst buraxmaqları üçün 30 min rubl (780 AZN) təklif edib. 

Həmin şəxs 1 il 6 ay müddətinə təyin olunmuş cəzasını koloniya rejimində çəkəcək, üstəlik 150 min rubl (3900 AZN) miqdarında cərimə ödəyəcək.

Həmçinin oxuyun

Ana özünü körpəsini parçalayan itin qarşısına atdı – Azərbaycanda DƏHŞƏT

Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan Məmmədova Lalə Fəxrəddin qızı bədbəxt hadisə ilə üzləşib.Azinforum.az sputnik.az-a istinadla …