Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham olunan, “Azərpoçt” MMC-nin 6 saylı poçt filialının müştəri xidmətləri şöbəsinin rəisi Eldar Camalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Eldar Əhmədova 2 il sınaq müddəti tətbiq edilməklə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, Əhmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs edilmişdi.