Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / PKK üzvü Bakıdan belə qaçmaq istəyib

PKK üzvü Bakıdan belə qaçmaq istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı 1990-cı il təvəllüdlü Duman Özgür Seyfəttin oğlunun ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə Türkiyə səfirliyinin və Azərbaycan Ədliyyə Nazirliyinin  nümayəndələri çıxış edərək təqdimatın təmin edilməsini istəyiblər. Təqsirləndirilən Duman Özgür də Türkiyəyə ekstradisiya olunmasını istəyib.

Məhkəmə təqdimatı təmin edib və D.Özgürün ölkəsinə ekstradisiya edilməsinə qərar verib. 

Belə ki, D. Özgür Türkiyədə təhlükəli, partlayıcı maddələr satmaqda ittiham edilərək 7 il 6 ay həbsdə qalıb. Həbsdən çıxdıqdan sonra  eyni əməllərə görə axtarışa verilib. 

O, Türkiyədə Gürcüstana qaçıb. Bir müddət də orada qaldıqdan sonra Azərbaycana gəlib. Burada  Dövlət Miqrassiya Xidmətinə (DMX) müraciət edərək özünü Suriya vətəndaşı kimi təqdim edib. Sənədlərini itirdiyini deyən Duman Özgür Türkiyəyə göndərilməsini istəyib. Lakin araşdırmalar zamanı onun yalan danışdığı üzə çıxıb və həbs edilib. 

Məlumata görə, Duman Özgür PKK terror təşkilatının üzvü olub. Türkiyədə bir neçə terror hadisələrində iştirak edib.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …