Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Piyadanın ölümünə səbəb olan mikroavtobus sürücüsü həbs olundu

Piyadanın ölümünə səbəb olan mikroavtobus sürücüsü həbs olundu

Tərtərdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədən sürücü həbs edilib.

Baş Prokurorluqdan verilən məlumata görə, yanvarın 22-də saat 20 radələrində Tərtər rayon sakini Məhəmməd Əhmədov sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes 208 DKB” markalı, 10-RB-130 dövlət qeydiyyat nişanlı mikroavtobusla rayonun Qaradağlı kəndində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Firdovsi Məmişovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Tərtər rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263-1.3-cü (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …