Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Piyada qəfil yola çıxdı – Zəncirvari qəza nəticəsində maşınlardan biri DYP postunun divarına çırpıldı

Piyada qəfil yola çıxdı – Zəncirvari qəza nəticəsində maşınlardan biri DYP postunun divarına çırpıldı

Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib.
Azinforum.az Report-a istinadən xəbər verir ki, qəzaya piyadanın qəfil yola çıxması olub.
Piyadanın yola çıxması nəticəsində 4 avtomobil biri-birinə, daha bir avtomobil isə divara çırpılıb.
Belə ki, sürət həddi 80 km/saat olan yolun hərəkət zolağına piyadanın çıxması nəticəsində sol zolaqla hərəkət edən “VAZ 2107”, “Niva”, “Mercedes Benz” və KİA markalı avtomobillər bir-birinə çırpılıb. Sağ zolaqla hərəkət edən “Nissan Qashqai” markalı avtomobil isə Xırdalandakı DYP postunun divarına çırpılıb. Qəza nəticəsində avtomobilin ön tərəfi tamamilə deformasiyaya uğrayıb.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …