Çərşənbə axşamı , İyun 15 2021
Ana səhifə / Kriminal / Penitensiar Xidmətin əsgəri özünü xidməti silahla öldürdü

Penitensiar Xidmətin əsgəri özünü xidməti silahla öldürdü

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əsgəri intihar edib.

“Qafqazinfo” xəbər verir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov Report-a bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.

Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib.

Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Rafael Cəbrayılovun məhkəməsi başlayır – 2.5 milyonu kimlərdən alıb?

15 ilə yaxın Milli Məclisin deputatı olmuş, sonda deputat vəsiqəsini girov qoyaraq borca pul alan …