Cümə axşamı , Avqust 13 2020
Ana səhifə / Kriminal / “Pedaqoji Universitetdə əmək haqqı digər universitetlərə nisbətən çox aşağıdır” – Rektor

“Pedaqoji Universitetdə əmək haqqı digər universitetlərə nisbətən çox aşağıdır” – Rektor

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) kafedraların sayı 40-a endirilib.

Bu barədə APA-ya ADPU-nun rektoru, professor Cəfər Cəfərov məlumat verib.

O bildirib ki, əvvəl ADPU-da kafedraların sayı 46 olub: “Görüləcək işlər çoxdur, məqsəd işin optimallaşdırılmasıdır. Təbii ki, burada söhbət yalnız kafedralardan getmir. Ümumiyyətlə, universitetdə mövcud vəziyyətə uyğun olmayan strukturlar çoxdur. Bildiyiniz kimi, universitetlərin maliyyə durumu onların özündən asılıdır. Büdcənin 90 faizə qədəri əməkhaqqına gedir. ADPU-da orta əmək haqqı digər universitetlərə nisbətən çox aşağı səviyyədədir. Bu da onun göstəricisidir ki, ştatlar çoxdur. Buna görə də ştatların sayını azaltmaq lazımdır. Bu islahatları aparıb, əməkhaqqını yüksəldib, keyfiyyəti təmin etməliyik”.

Rektor qeyd edib ki, ADPU-da tədris və elmi-tədqiqat laboratoriyaları ilə bağlı problemlər var: “Tədris laboratoriyalarının təchizatını yaxşılaşdırmağa ehtiyac var və müəyyən optimallaşdırma aparılmalıdır. Biz təklif etmişik ki, laboratoriyalar qrantlar əsasında fəaliyyət göstərsin. Yox, əgər maliyyə vəziyyəti bu cür davam edəcəksə, laboratoriyaları indiki şəraitdə saxlamaq çətin olacaq”.

Həmçinin oxuyun

Bu nazirin iki müavini həbs ediləcək, DTX-də dindirilirlər

Xarici İşlər nazirinin iki müavini bu gün DTX-da saatlarla istintaq altında olublar. İki nazir müavini …

Bir cavab yazın