Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Kriminal / Paytaxtda silahlı şəxs saxlanılıb

Paytaxtda silahlı şəxs saxlanılıb

Bakıda üzərində qanunsuz tapança gəzdirən şəxs saxlanılıb. 

DİN-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Binəqədi rayon Polis idarəsi 5-ci polis bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib. Nəticədə əvvəllər Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə və 332-ci (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə məhkum olunmuş Sumqayıt şəhər sakini Həsənağa Mirzəyev saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı Çexiya istehsalı olan “Ceska-Zbrojovka” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı 5-ci polis bölməsində H.Mirzəyev barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi rayon Polis idarəsinin İstintaq şöbəsinə göndərilib. Onun barəsində barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Bakıda ağır qəza: Maşın səkidə dayanan kişiyə çırpıldı (FOTO)

Bakıda yol qəzası baş verib.  Azinforum.az “Report”a istinadən xəbər verir ki,  hadisə Yasamal rayonunda, Şərifzadə küçəsində qeydə alınıb.  …