Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Partiya sədri vergilər nazirinə nə təklif etdi?

Partiya sədri vergilər nazirinə nə təklif etdi?

“Mən jurnalistləri “Həsən Əliyev” küçəsindəki, Vorovskidəki, Razində, Badamdarda olan villalara dəvət edirəm. Gəlin birlikdə gedək araşdıraq görək onların sahibi kimdir?”
“Bu məmurların varidatından 10 faiz vergi toplansa büdcəmizə 10 il bəs edər”

“Son günlər ölkədə dövlət büdcəsini doldurmaq üçün müxtəlif vasitələrə əl atılmağa başlanıb. Vergilər Nazirliyi pinəçidən, tamadadan, müğənnidən pul tolayaraq büdcəni doldurmaq istəyir.”

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, bu cür vasitələrlə büdcəni doldurmaq mümkün olmayacaq:

“Məmurlarımız Azərbaycanın, prezidentin hesabına milyarder olublar. Onlar bu pullarından niyə büdcəyə vermək istəmirlər? İndi düşüblər pinəçidən, tamadadan pul yığırlar, amma özləri də qəşəng bilirlər ki, bu yolla büdcəni doldurmaq qeyri-mümkündür. Bu yanaşma düzgün deyil. Mənim Fazil müəllimə hörmətim var, amma onun özünün də böyük sərvəti var, qoy o da dövlət büdcəsinə yardım eləsin. Azərbaycanda 32 nazir var, hərəsi büdcəyə bircə milyard ödəsə, ölkəmiz bu çətin durumdan çıxa bilər. Bunlar xaricdə saxladıqları modellərin pulunu kəsib büdcəyə yönəltsə ölkənin vəziyyəti düzələr. Bu məmurlar elə bil Azərbaycanı hərraca çıxarıblar. Yaxşı, deyək ki, bu gün prezident İlham Əliyevdir, sabah isə hakimiyyətə onun qardaşı Hafiz Hacıyev gələcək. Mən gələn kimi o, məmurlarda olan milyardları, villaları, zavod və fabrikləri əllərindən alıb ölkə büdcəsinə yönləndirəcəm. Bu məmurların hazırkı mövqeyi çox şəxsiyətsiz yanaşmadır. Mən jurnalistləri Həsən Əliyev küçəsindəki, Vorovskidəki, Razində, Badamdarda olan villalara dəvət edirəm. Gəlin birlikdə gedək araşdıraq görək onların sahibi kimdir? Yoxlayaq görək həmin villalarda komunal xərclər ödənirmi? Bunları siyahıya alaq görək bunlar əllərindəki sərvətlərin vergisini verirmi? Mən hörmətli Fazil müəllimə təklifimi edirəm, bu məmurların varidatından 10 faiz vergi toplansa büdcəmizə 10 il bəs edər. Gəlin prezidentə kömək edək, məmurlar ölkənin bu dar günündə kənara çəkilib durmamalıdır. Ölkənin bu durumdan çıxması üçün real iş görməlidir. Kim ki, çəklib kənarda duracaq, bax o insanlar həm Azərbaycan xalqına həm də prezidentə xəyanət etmiş olacaqlar.”

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın