Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Kriminal / Partiya sədri həbsdən buraxılmadı – Hakim ittihamı qəbul etməyən Musa Tükənova “yox” dedi

Partiya sədri həbsdən buraxılmadı – Hakim ittihamı qəbul etməyən Musa Tükənova “yox” dedi

 “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Musa Tükənov barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı apellyasiya şikayəti verib.
Azinorum.az “Report”a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, M.Tükənovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, M.Tükənov 2 nəfər əlil şəxsin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi şikayət əsasında həbs edilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
M.Tükənovun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma (passiv rüşvətxorluq), təkrar törədildikdə), 311.3.3-cü (Rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
O, həmin ittihamları qəbul etmədiyini deyib.
Xatırladaq ki, Azərbaycan Vahid Kommunist Partiyasının sədri Musa Tükənov həbs edilib.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …